Məşhur türkiyəli "YouTuber" Reynmen milyonlarla izlənən "Ela" mahnısına görə məhkəməyə verilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "YouTube"da 5 milyondan çox abunəçisi olan Reynmeni Emrah Karakuyu məhkəməyə verib. Emrah Karakuyu "Ela" mahnısının sözlərini yazarı və eyni zamanda mahnının rəsmi sahibidir. O, Reynmenin heç kimə xəbər vermədən bu mahnı üçün reklam və sponsorluq aldığını iddia edib.