Almaniyanın Folkmarzen şəhərində naməlum sürücü idarə etdiyi avtomobili parad iştirakçılarının üzərinə sürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Yaralıların arasında uşaqların da olduğu bildirilir.
Polis hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsünü saxlayıb. Hələlik onun kimliyi açıqlanmayıb. Faktla əlaqədar araşdırma aparılır.