İndoneziyada Maluku arxipelaqına daxil olan Yamden adasının sahillərini yuyan Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Yeraltı təkanların episentri təxminən 40 min nəfərin yaşadığı Tual şəhərindən 272 km məsafədə yerləşib. Zəlzələ ocağı 49 km dərinlikdə olub.
Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat yoxdur.