Binəqədi Rayon Məhkəməsi “Məmmədoğulları” QSC-nin inzibati qaydada 2 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Unikal.org xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə təqsirli bilinib.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarından QSC-nin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Məmmədoğulları” QSC mebel və digər profilli biznes sahələri ilə məşğul olan şirkətdir.