Türkiyənin tələbi ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ölkələrinin toplantısı keçirilib.
Unikal.org xəbər verir ki, 1 saat 10 dəqiqə davam edən toplantıdan sonra NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış edib.
"Müttəfiqlər, Türkiyənin ötən gecə İdlib bombalı hücumda əsgərlərinin itirməsi üzərinə yaşadığı tragediyaya görə kədərlərini çatdırmaqdadır.Türkiyə çox qiymətli bir müttəfiqimiz, bu ölkənin yanındayıq. Bu hücumu pisləyirik. Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu hücum dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etməlidir. NATO bu yöndə bundan sonra da Türkiyəyə hər cür dəstək verəcək".