Ağ evin həkimi Ronny Jackson təqaüdə çıxdıqdan sonra Donald Trampın sağlam qidalanması haqqında mətbuata açıqlama verib.
Unikal.org məlumat verir ki, fast-food həvəskarı olan və qolfdan başqa idman etməməsi ilə tanınan Trampın sağlam həyat tərzi haqqında danışan keçmiş həkim prezidentin yeməklərinin içinə gül kələmindən istifadə etdiyini etiraf edib.
Maraqlısı odur ki, həkim Ronny Jakcson: “Ümumi sağlamlıq çox yaxşıdır. Prezidentə dedim ki, son 20 ildə daha sağlam bir pəhriz olsaydı 200 yaşına qədər yaşaya bilərsiniz” deyə açıqlama verən həkim Trampın sağlam genetikaya malik olduğunu bildirib.