İdlibdə Rusiyanın dəstəklədiyi Suriya Bəşər Əsəd ordusunun hücumunda 33 əsgər şəhid olunduqdan sonra, bu gecə Türkiyə Silahlı Qüvvələri rejimin hədəflərini vurub.

Unikal.org xəbər verir ki, TSK "Şok dalğa əməliyyatı" adı altında keçirdiyi əməliyyatda çox sayda rejim hərbçiləri öldürülüb. 

Türk ordusu "F16' qırıcı təyyarələrindən də istifadə edib. Türkiyə ərazisindən İdlibin bir neçə hissəsi vurulub.

Milli Müdafiə Nazirliyi, əməliyyatlarda 8 tank, 4 zirehli avtomobil, 5 obüs və 2 çox lüləli raketlər məhv edilib. Ümumilikdə 56 rejim hərbçisi məhv edilib.

Qeyd edək ki, döyüşlər zamanı Türkiyə ordusu bir şəhid verib.