Bakıda 26 yaşlı  qız pnevmaniyadan dünyasını dəyişib.

Unikal.org-un məlumatına görə, dünən gecə 26 yaşlı Ramazanova Nəzakət Fazil qızının səhhəti ağırlaşdığı üçün Sabunçu rayonunda yerləşən 3 № li Şəhər Klinik Xəstəxana təcili yardımla çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq 26 yaşlı qız pnevmaniyadan dünyasın dəyişib. 

11:55:42

***

13:58 (YENİLƏNİB)

TƏBİB-dən Unikal.org-a verilən açıqlamada bildirilir ki, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq".

Famil Fərhadoğlu