Qazax rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

Unikal.org "Report"a istinadən xəbər verir ki.  hadisə Birinci Şıxlı kəndində baş verib.

Kənd sakini (adı və soyadı dəqiqləşdirilir-red) hələlik bilinməyən səbəbdən sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.