Türkiyə ordusu Suriya rejiminə məxsus iki “Su-24” qırıcı təyyarəsini məhv edib.
Unikal.org xəbər verir ki,bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcı təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. Eyni zamanda İdlibdə Türkiyəyə məxsus silahlı pilotsuz aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.