“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə İstanbulda saxlanılıb.
Unikal.org xəbər verir ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.
Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.
“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.