Çernobl Atom Elektrik Stansiyasında baş verən qəza nəticəsində Ukraynanın Pripyat şəhəri ölü şəhərə çevrilib.
Unikal.org xəbər verir ki, 1986-cı il 26 aprel tarixində baş verən qəza nəinki Pripyat şəhərini, başda Ukrayna olmaq üzərə Qara dəniz sahillərində və Balkan yarımadasında yerləşən dövlətlərə böyük ziyan vurub. Bu dəhşətli qəzanın baş verməsindən sonra insanlar sürətlə şəhərdən təxliyə edilməyə başlanıb.
Çernobl AES-də baş verən qəza bütün dünyanı, eləcə də Avropa ölkələrini qorxuya salmışdı, çünki radioaktiv maddələr sürətlə ətraf ərazilərə yayılırdı. Qəzadan 33 il keçməsinə baxmayaraq hələ də Pripyat şəhəri yüksək dərəcədə radioaktiv zəhərlənmə zonası olaraq qalmaqdadır. Son zamanlarda isə insanların hər şeyi olduğu kimi buraxıb tərk etdiyi Pripyat şəhərinə gedən maraqlı turistlərin və fotoqrafların sayı artmaqdadır.