Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı yeni növ koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.
O bildirib ki, İranda fəaliyyət göstərən ofisin əməkdaşından götürülən analizin cavabı müsbət olub. Hazırda həmin şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.