“Bu şəhərdə”nin konsert proqramı təxirə salınıb.
Unikal.org xəbər verir ki, martın 28, 29, 30 və 31-nə nəzərdə tutulan konsert koronavirusa görə təxirə salınıb.
Bu barədə aktyorlar və “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov məlumat verib.
“Xanımlar və cənablar, “Bu şəhərdə”nin mart ayına nəzərdə tutulmuş “CanaVar” adlı konserti koronavirusa görə təxirə salınıb. Aparılan profilaktik tədbirlərə görə konsert may ayının sonuna keçirilib.
Konsertə olan biletlərin hamısı etibarlıdır. Konsert may ayının 28, 29, 30 və 31-i Heydər Əliyev Sarayında keçiriləcək”, - deyə Müşfiq Abbasov bildirilib.