rabitebank
15 :15

Koronavirusa görə film sektoru 214 milyon dollar itirdi

Koronavirusa görə film sektoru 214 milyon dollar itirdi
18:08 03-03-2020
ŞOU

Təxminən, 70 mindən çox kinoteatrı olan Çin illik 9 milyard dollar gəlirlə ABŞ-dan sonra dünyanın ən böyük film sektoruna sahib ikinci ölkəsidir. Lakin Vuhan şəhərində başlayan koronavirus xəstəliyi bu sahəyə də ciddi ziyan verib.

Unikal.org xəbər verir ki, onlarla kinoteatrın bağlandığı şəhərdə film sektoru iki ayda 214 milyon dollar zərər görüb.

Ötən ilin yanvar və fevralında 217 milyon dollar gəliri bu il 31,3 milyon dollar əvəzləyib. 2018-ci ildə isə eyni dönəmdəki qazancın məbləği 241,6 milyon dollar olub.

Çin Yeni ilindən öncə 23 yanvar tarixindən Vuhanda və Hubey əyalətindəki başqa şəhərlərdə virusun yayılması ilə kinoteatrlar bağlanıb. Kinoteatr sahibləri yalnız müəyyən qaydalara əməl etməklə fəaliyyət göstərə bilirlər. Buraya filmə bilet alan şəxslərin məlumatlarının qeyd edilməsi, hər nümayişdən sonra zalların yaxşı dezinfeksiya olunması daxildir.

Film çəkmə prosesi də çətinləşib. Pekində yalnız 50 nəfərlik heyətə çəkiliş üçün icazə verilir. Onlar isə bədən hərarətinin 37,3 dərəcəsini keçməməsi mütləqdir. 50 nəfərdən çox heyət isə çəkilişlərini yalnız virus tamamilə yox olandan sonra davam etdirə bilər.

Qeyd edək ki, martda da kinoteatrlar fəaliyyət göstərə bilmir. 80 mindən çox insanın virusa yoluxduğu Çində 2914 nəfər həyatını itirib.