Amerikalı məşhur müğənni Teylor Svift karyera nailiyyətləri sırasına daha birini əlavə edib.

Unikal.org xəbər verir ki, İFPİ təşkilatının hesablamalarına görə 30 yaşlı müğənni ən çox albomu satılan müğənni kimi 1-ci yerə layiq görülüb.

İfaçının ötən il işıq üzü görən “Lover” adlı albomu 3 milyon nüsxə satılmışdı. 2020-ci ilin yanvarında isə satış 5 milyona qədər yüksəlib. Teylor bununla da 2014-cü ildəki rekordunu təkrarlamağı bacarıb.

Ed Şiran isə 2-ci, Post Malone isə 3-cü yerdə qərarlaşıb.

Top 10-luqda isə Billi Ayliş, "Queen” qrupu, Arianda Qrande, "BTS" qrupu, Dreyk, Ledi Qaqa və “The Beatles” qrupu da var.