Türkiyə Suriyanın İdlib vilayətində keçirdiyi "Bahar Qalxanı" əməliyyatı çərçivəsində iki şəhid verib.
Unikal.org Türkiyə MN-a istinadən xəbər verir ki, Bəşər Əsəd qüvvələrinin açdığı atəş nəticəsində 2 Türkiyə hərbçisi şəhid olub, 6-sı yaralanıb. Bölgədə hədəflər dərhal atəş altına alınmışdır. Qollar vurulmağa davam edir.
Qeyd edək ki, "Bahar qalxanı" adı altında 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı hərbi əməliyyata başlayıb. İndiyənədək 40-a yaxın şəhid verib.