Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.