Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş 3 saat davam edib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, prezidentlərin 3 saat çəkən təkbətək görüşündən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüşün əsas müzakirə mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı olub.