Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub.

Unikal.org-un xəbərinə görə, hadisə martın 4-də Nərimanov rayonun Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin “VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəlüldü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.