Türkiyənin suriyalı qaçqınlara qarşı  “açıq qapı siyasəti” nin ardından qaçqınlar Avropa qapısına axın etməyə davam edir.

Unikal.org məlumat verir ki, mühacirləri qəbul etməyən Avropa ölkələri, Yunanıstan və Bolqarıstan sərhəd keçidlərində geniş tədbirlər görüb. Yol ilə ölkəyə girə bilməyən minlərlə  qaçqın icarəyə götürdükləri qayıqlarla avropaya axın etməyə çalışırlar.

Belə ki, köçkün zamanı suriyalı uşaqların yaşadığı acınacaqlı vəziyyətləri sosial şəbəkələrdə gündəm yaradıb.