Bakıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.