Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

Mədəniyyət Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. 

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.