Xəbər verdiyimiz kimi, Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində Çayrud kəndində Arif Əlirzayevə məxsus ev dağılıb.
A.Əlirzayev uçqun altında qalaraq ölüb, ailənin daha iki üzvü isə xəsarət alıb.
Unikal.org xəbər verir ki, deputat İqbal Məmmədoov rayon rəhbərliyi ilə birlikdə bu gün dərhal hadisənin təfərrüatları ilə yaxından tanış olmaq üçün Çayud kəndinə gedib.
Millət vəkili baş vermiş hadisədən dərin hüznlə kədərləndiyini bildirib. Ailənin yaxınlarına baş sağlığı verərək səbr diləyib.