Qax rayonunda 5 yaşlı uşağı it dişləyib.

Unikal.org-un məlumatına görə, bu gün axşam saatlarında rayonun Tasmalı kənd sakini, 2015-ci il təvəllüdlü Pərnaz Elgün qızı Hacızadə sağ sağrı nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.