Son sutka ərzində Çində koronavirus infeksiyası yoluxanların sayı 80 min 813-ə və  ölənlərin sayı isə 3 176 nəfərə çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ümumilikdə isə  64 111 sakin sağalaraq evə buraxılıb.