Səbinə Babayeva: "Bütün Avropanın mahnımıza laqeyd qala bilməyəcəyinə inanıram"
03:48 30-03-2012
ŞOU
Səbinə Babayeva: "Bütün Avropanın mahnımıza laqeyd qala bilməyəcəyinə inanıram"
Müğənni muğamın da vurğunudur
Azərbaycanın 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva deyib: "Vətənim Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyuram.
Xüsusilə Azərbaycan səhnəsində müsabiqədə çıxış etmək çox böyük qürur hissidir. Biz Avropa ailəsini Azərbaycanda qarşılamağa və bütün dünyanı öz qonaqpərvər xalqımızla tanış etməyə çox şadıq".
Təmsilçi musiqinin onun həyatı olduğunu deyib: ""Musiqi böyük bir varlıqdır. Mən uşaqlıqdan oxuyuram və bu sahə ilə məni anam tanış edib. O professional pianoçudur və düşünürəm ki, musiqi ayrı bir dildir, sən bunu öyrənirsən, başa düşürsən və bununla dünyaya nəsə deyirsən".
Muğamın hər zaman onu ruhlandırdığını qeyd edən S.Babayeva, hər iki dildə - həm ingilis, həm də doğma Azərbaycan dilində oxumaqdan xoşladığını qeyd edib: "Afro-Amerikan mahnı stili, həmçinin muğam həmişə məni ruhlandırıb. Azərbaycanın zəngin caz mədəniyyəti var. Bizim caz muğamı adlanan öz musiqi stilimiz var və bunun 100 ildən artıq yaşı var. Bu bizim unikal muğamımızın və klassik cazın sintezidir".
S. Babayeva "Baku Crystal Hall"da mayın 26-da ifa edəcəyi "When The Music Dies" balladasından da danışıb: "Hər dəfə bu mahnını oxumağa başlayanda böyük zövq alıram və eyni hissləri keçirirəm. Bu mahnını dinləyərkən laqeyd qalmaq mümkün deyil. Bütün Avropanın mahnımıza laqeyd qala bilməyəcəyinə inanıram".
Digər Xəbərlər
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04