Dmitri İvanovdan boşanmaq istəyən rusiyalı müğənni Lolita Milavskayanın planlarını bu dəfə dünyada sürətlə yayılmağa davam edən koronavirus pozub.
Unikal.org xəbər verir ki, bu gün cütlüyün ayrılması ilə bağlı keçirilməsi gözlənilən məhkəmə prosesi martın 27-ə təyin olunub.
Buna səbəb isə, Dmitri İvanovun bu yaxınlarda koronavirusun geniş yayıldığı İtaliyadan qayıtması olub. Virus şübhəsi ilə o, hazırda karantində saxlanılır.
Qeyd edək ki, Dmitri Lolitanın 5-ci əridir.