Kanadanın baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxduğu üçün 14 gün evindən çıxmayacaq.
Unikal.org xəbər verir ki, baş nazirin xanımı Sofi Qrequar-Tryudo həkimlərin tövsiyələrindən sonra COVID-19 testindən keçib. Nəticələr müsbət olub.
Məlumatda vurğulanır ki, baş nazir Tryudo özünü yaxşı hiss edir və onda koronavirus əlaməti yoxdur. O, 14 gün ərzində karantinində olacaq və evdən ölkəni edarə edəcək.