Rusiyanın İrkutsk vilayətininin Tayşet şəhərində yanğın zamanı 4 uşaq yanaraq ölüb.

Unikal.org-un “qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə Qornaya küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürdükdən sonra evdən 11 aylıq, 3, 4 və 6 yaşında 4 uşağın cəsədini tapıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu (İki və ya daha çox şəxsin səhlənkarlıqdan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.