Çində meydana gələn və sürətlə bütün dünyada yayılan koronavirus sahəsində hələ də araşdırmalar aparılsa da, telefonlarla bağlı çox vacib bir xəbərdarlıq alınıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, London Universitetinin mikrobiologiya doktoru Lena Ciric mətbuata verdiyi açıqlamalarda ən çox təmasda olduğumuz telefonların təmizliyi ilə bağlı çox vacib qeydlər verib.
Belə ki, Dr.Lena Ciric daimi istifadə etdiyimiz telefonlardan hər hansı bir virusa yoluxma ehtimalının çox olduğunu deyərək, kimyəvi mayelər, jellər və yaş dəsmalla tez-tez silmək və təmiz saxlamasının vacibliyini bildirib.