Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:
“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
*** 15:43
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.
Unikal.org xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq artisti Briliant Dadaşova deyib.
O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək: “Sabah hava şəraitinin əlverişsiz olacağına dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəliyyətinin koronavirusa görə məhdudlaşdırdığı üçün orada vidalaşma mərasimi olmayacaq. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.