Türkiyəli məşhur aktyor Cüneyt Arkın özü haqqında maraqlı açıqlama verib.
Unikal.org bildirir ki, Cüneyt Arkın Türk televiziyası ''TV8''də yayımlanan ''Carolina show"da maraqlı açıqlama verib. 50 ildir Bütül Arkın ilə evli olan əfsanə aktyor ''Bir zamanlar qadınlara çox meyilli idiniz?'' sualına ''Düzdür əvvəllər eşqbaz idim. Lakin sevgilim də yox idi. Betülü ilk dəfə görəndə özümü tənha hiss edirdim'' sözləri ilə cavab verib.
Jurnalistin ''Siz gəncliyinizdə çox yaraşıqlı kişi olmusunuz'' komplimentinə cavab olaraq ''Mən öləndə də yaraşıqlı kişi kimi öləcəm'' bu ifadələri işlədib.