Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də öz təsirini göstərib.
Unikal.org xəbər verir ki,ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan Koronavirus infeksiyasından indiyədək 8 010 nəfərin ölmünə səbəb olan virus üzündən önəmli turnirlərin əksəriyyəti təxirə salınıb.
Həmçinin virusun yayıldığı ölkələrdə bəzi tanınmış idmançılar və idman adamları da koronavirusa yoluxub.
Onların adlarını təqdim edirik:
"Flamenqo"nun baş məşqçisi Jorji Jezuş;
"Arsenal"ın baş məşqçisi Mikel Arteta;
"Verona"nın futbolçusu Mattia Cakkanyi;
"Fiorentina"nın futbolçuları - Duşan Vlaxoviç, Patrik Kutrone, Herman Petselya;
"Valensiya"nın futbolçuları - Esekiel Qaray və Eliakim Mankalya;
"Yuventus"un futbolçuları - Daniele Ruqani, Blez Matyuidi;
Danimarkalı sabiq futbolçu Tomas Kalenberq;
"Paderborn"un futbolçusu Luka Kilian;
"Sampdoriya"nın futbolçuları - Manolo Qabbiadini, Omar Kolli, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbü;
"Hannover 96"-nın futbolçusu Timo Hübers;
"Bruklin Nets"in basketbolçusu Kevin Dyurent;
"Real"ın basketbolçusu Trey Tompkins;
"Yuta Caz"ın basketbolçuları - Rudi Qober və Donovan Mitçell;
"Detroyt Pistons"un basketbolçusu Kristian Vud;
"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi.