Çində meydana gələn və bütün dünyaya təsir edən yeni növ koronavirus səbəbindən dünyada ölənlərin sayı 10 min 30-a yüksəlib.

Unikal.org Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)-yə istinadən xəbər verir ki, dünyanın 160 bölgəsinə yayılan ölümcül epidemiya yoluxanların sayı 244 min 523-ə çatıb.

Digər tərəfdən, 86 min 31 adam müalicə edilərək sağlamlığına qovuşub.