İspaniyada koronavirusdan ölənlərin sayı artıb.
Unikal.org “Reuters”ə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı 1 002-yə çatıb.
Məlumata görə, krallıqda koronavirus daşıyıcılarının sayı isə 20 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.