Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaşı 65 və daha yuxarı olan vətəndaşlara evlərindən çıxmağa müvəqqəti olaraq qadağa qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadağa sabahdan etibarən tətbiq ediləcək.
Bundan başqa, xroniki xəstəlikləri olan vətəndaşların da evdən çıxmasında icazə verilməyəcək.