Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Ina korona virusunun yayılmasına mübarizə üçün bir əməkdaşlıq təklif edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Trapm bunun üçün Kim Çen İnə məktub göndərib. 

Məktubda Trapm qeyd edib: "KXDR və ABŞ arasında münasibətlərin inkişaf yolunda böyük çətinliklər və əngəllərin yaşandığı bir vaxtda yenədə sizinlə münasibətlərimizin normallaşması üçün səy göstəririk". 

ABŞ prezidenti Şimali Koreyanın lideri Kim Çen İnın xalqını koronavirus təhdidindən qorumaq üçün göstərdiyi səylərdən təsirləndiyi, korona virusla mübarizə çərçivəsində birgə mübarizədə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.