İtaliyanın “Yuventus” klubunun üzvü Kriştiano Ronaldo koronavirusla əlaqədar komandasının maddi zərərlə üzləşməməsi üçün məvacibinin azaldılmasına razılıq verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu bu addımı ilə Turin klubuna 10 milyon avro güzəşt edib. Ronaldonun jesti rəğbətlə qarşılanıb.