Dünyaca məşhur amerikalı müğənni Madonna hamam otağında çəkdiyi video iə sosial şəbəkələrdə gündəm yaradıb.
Unikal.org xəbər verir ki, 61 yaşlı Madonna bütün dünyada insanları qorxuya salan koronavirusla bağlı fikirlərini bölüşüb.
Belə ki, arxa fonda musiqi səslənərkən Madonna virusla bağlı fikirlərini şərh edib. “Virusun ən dəhşətli tərəfi budur ki, hamımız eyni səviyyəyə çəkdi, zəngin, yoxsul demədən,hazırda hamı bərabərdir” deyə bildirib.
Ulduz müğənninin bu fikri sosial şəbəkədə sevənləri tərəfindən mübahisələrə səbəb olub. Madonnanın yazısını şərh edən istifadəçilərdən biri “Bağışlayın kraliçam, mən sizi çox sevirəm, amma biz bərabər deyilik. Eyni xəstəliklər üzündən ölə bilərik, amma bu virus daha çox yoxsullara əziyyət verəcəkdir. Bu faciəni heç bir şəkildə romantik etməyin” deyə qeyd edib.