"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.
Unikal.org-un məlumatına görə, həkimlər koronavirus pandemiyasından əziyyət çəkən təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.
Martın 23-dən xəstəxanada həkim nəzarətində olan Terimin son testləri onun sağalma mərhələsində olduğunu göstərib. Doğrudur, koronavirusla bağlı testin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərara alınıb. Ehtiyac yaranarsa, Terim yenidən xəstəxanaya yerləşdiriləcək.
Həkimlər evə buraxılmasına baxmayaraq, Terimin karantin rejimindən çıxmayacağını vurğulayıblar.