İzmirdə maraqlı hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir nəfər küçədə gördüyü ata minib. Daha sonra o, atın üzərində tramvay yolunda hərəkət edib.
Adı açıqlanmayan şəxs ona verilən "Sən atı qaçırdın, yoxsa o səni qaçırdı?" sualına "O məni qaçırdı" cavabını verib.
Onun atın üstündə hərəkət etməsi mobil telefon vasitəsilə lentə alınıb.