Karate do üzrə dünya və Avropa çempionu, tanınmış idmançı Niyazi Əliyev 2 xanım bloggeri təhqir edib.
Unikal.org xəbər verir ki, məşhur idmançı səhifələrdən birində Xanım Babayeva və Səbinə Katanova ilə bağlı paylaşılmış fotoya rəy bildirib. Səhifədə sözü gedən bloggerlərin şəkli paylaşılaraq "hansını bəyənirsiz?" yazılıb.
Niyazi Əliyev rəy yazaraq xanım bloggerləri "üzdəniraqlar" adlandırıb:
"İki üzdənirağı reklam edənə qədər, igid oğullarımızı, qeyrətli xanımlarımızı reklam edin".
Qeyd edək ki "Xana" kimi məşhurlaşan Xanım Banayeva Rəsul Abbasovla, Səbinə Katanova isə Hüseyn Əzizoğlu ilə çəkildiyi videolarla məşhurlaşıb.