Türkiyədə xroniki xəstəlikdən əziyyət çəkən Rəsmiyə İşıq adlı 86 yaşlı qadın koronavirusa qalib gəlib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
R.İşıq sağaldığına görə çox sevincli olduğunu deyib: "Xəstəliyə qalib gəldim. Çox sevincliyəm. Allah hər kəsi qorusun".
86 yaşlı qadın vətəndaşlara çağırış edərək bildirib ki, evdən çıxmasınlar, özlərinin və digərlərinin həyatını təhlükəyə atmasınlar.