"Beşiktaş"ın ulduz oyunçusu Kevin-Prins Boatenqinin həyat yoldaşı model Melissa Satta koronavirus təhlükəsi ilə bağlı danışıb.
Unikal.org xəbər verir ki, İtaliya mətbuatına müsahibə verən model Türkiyəni tərifləyib:
"Oğlum və mən bir çanta və pejama ilə İtaliyadan ayrıldıq.
Biz 6 gün qalmağı planlaşdırmışdıq. Ancaq 6 həftə burada olcağıq.
İtaliyadakı çətinlik burada- Türkiyədə yoxdur.
Ümid edirəm bu pandemiya tez zamanda bitər".