Türkiyəli məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Tatlısəs koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Dilan Tatlısəs sosial şəbəkə hesabı “Instagram”dan “Covid-19 test nəticəm müsbət oldu” deyə paylaşımla bildirib.
Qeyd edək ki, məşhur sənətkarın qızı Dilan Tatlısəs uzun illərdir sevgilisi olan Levent Dörterin koronavirus nəticəsi müsbət çıxmasından sonra sosial şəbəkə hesabı “Instagram”da canlı yayım zamanı “Məndə də halsızlıq var, koronavirus olmaqdan çox qorxuram” deyə bildirmişdi.