Bütün dünyaya yayılan koronavirus pandemiyasından indiyə kimi 5 min 373 nəfərin can aldığı İngiltərədə, gözəllik kraliçası Mukherjee, illər əvvəl tərk etdiyi peşəsinə geri dönüb.
Unikal.org xəbər verir ki, 2019-cu ildə İngiltərədə keçirilən “Miss British” gözəllik yarışmasında gözəllik kraliçası seçilən model Bhasha Mukherjee, illər əvvəl tərk etdiyi həkimlik peşəsinə geri döndüyünü bildirib.
İngilis gözəl Bhasha Mukherjee, koronavirus günlərində həkim olaraq peşəsinə qayıtmaq qərarına gəlib. Tənəffüs xəstəlikləri mövzusunda təcrübəsi olan Mukherjee, koronavirusa yoluxan xəstələrin yanında işləyən komanda da çalışacağını bildirib.
Belə ki, Hindistanda bir xeyriyyə missiyasında olan model Mukherjee koronavirus səbəbiylə sosial şəbəkə hesabından: “İngiltərdə və dünyada baş verən hadisələrin şahidi olduqca, evimə və illər əvvəl tərk etdiyim həkimlik peşəmə geri dönmək qərarına gəldim” deyərək koronavirusla mübarizəyə bu cür yardım edib.