Xəbər verdiyimiz kimi, ötən gün TV8 telekanalında yayımlanan “Survivor” yarışmasına azərbaycanlı kikboksçu Pərviz Abdullayev vida edib.
Unikal.org xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan Acun Ilıcalı bu səbəbdən xeyli tənqid olunub.
Ilıcalıya “Azərbaycan niyə səs vermədə iştirak edə bilmir”, “Az yarış qazanan Ezgi birinci, qalibiyyət göstərən Pərviz necə yarışdan uzaqlaşa bilər” kimi suallar ünvanlanıb.
Acun isə cavab olaraq bunları deyib:
"Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkənin vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi".