Sosial şəbəkə hesabında yayımladığı videolarla fenomen olan, türkiyəli DJ Kərimcan Durmaz barəsində cinayət işi açılıb. 

Unikal.org məlumat verir ki,  koronavirus səbəbiylə Türkiyədə tətbiq olunan komendant saatına baxmayaraq, çölə çıxan Durmaz sosial şəbəkə hesabından son paylaşımı ilə gündəm yaradıb. 

Virusun daha çox yaşlılar üçün təhlükəli olduğunu bir zamanda, Durmaz, sosial şəbəkədən,  xəbərdarlıq və qadağalara baxmayaraq yaşlıları çölə çıxmasını səsləyib. 

Belə ki, məşhur fenomen yaşlıları: “Gəbərin, yaşlılar çölə çıxın, ölün. Biz gənclərə qalsın bu dünya” deyərək  paylaşdığı video qısa zamanda sosial şəbəkədə gündəm yaradıb.

Kərimcan Durmazın bu hərəkəti yaxşı qarşılanmayıb. Türkiyəli vəkil məşhurun bu hərəkətinə görə onu məhkəməyə verib, barəsində cinayət işi açılıb.