FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası səbəbiylə dayandırılan turnirlərlə bağlı açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İnfantino, liqaların bərpası ilə bağlı bunları deyib:

“Hazırda bizim üçün vacib olan üç məsələ var: əvvəlcə sağlamlıq, daha sonra futbol ictimaiyyətinə kömək etmək və bu vəziyyətdən necə çıxacağımıza dair düşüncələrimiz. Vahid qərarlar verilməli, hamıya uyğun olmalı və hər kəsin fikri dinlənilməlidir. Bir oyun insan həyatından daha dəyərli deyil.

Vəziyyət tam düzəlməsə, liqaları davam etdirmək məsuliyyətsizlikdən daha artığı olardı. Hazırda gözləmək bizim üçün daha yaxşı fürsətdir”.